Sumqayıtda nənə və kiçik nəvələri zəhərlənib

Ötən gün 6 nəfər dərman və qazdan zəhərlənib

Bir gündə 6 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanay yerləşdirilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, fevralın 17-də Sumqayıt şəhər sakinləri Xəyalə Paşayeva, Qərib Hüseynov, Sona Qurbanova, nəvələri 5 yaşlı Həmayə Hüseynzadə və 5 yaşlı Elşad Məlikov, Abşeron rayon sakini Tofiq İsayev mənzillərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31