Masallı polis şöbəsində bomba həyəcanı yaşandı
18 Fevral 2013 15:26 KriminalMasallı rayon Polis Şöbəsinə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 17-də saat 16.00 radələrində baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapadıb. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, təsdiqini tapmayıb. Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilibvə o, saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31