Bakıda şərnişin avtobusu qəza törətdi, qadını vurub öldürdü
18 Fevral 2013 15:21 KriminalBakıda daha bir marşrut qəza törətdi. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 17-də saat 11.20 radələrində Yasamal rayonu ərazisində baş verib. 188 saylı xəttlə hərəkət edən "İsuzu" markalı avtobusla (sürücünün şəxsiyyəti müəyyənləşdirilir) Cəbrayıl rayon sakini Şəhla Quliyeva vurulub. Nəticədə, xəsarət almış piyada hadisə yerində ölüb. Sürücü isə dərhal hadisə yerindəbn qaçıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31