Bakıda qadın küçənin ortasında qarət olundu

Bakıda küçənin ortasında qadın qarət olunub. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə fevralın 15-də paytaxtın Q. Qarayev prospektində baş verib. Naməlum şəxs Bakı şəhər sakini Əsmər Mirzəyevə hücum edərək onu döyüb. Həmin şəxs qadına zor tətbiq edərək onun 100 manatını alıb. Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qadına qarsı soyğunçuluq edən Tərlan Yaqubzadə fevralın 16-da tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31