1 yaşlı uşaq evdə diri-diri yandı
18 Fevral 2013 15:10 KriminalAstarada 1 yaşlı uşaq evlə birlikdə yanıb külə dönüb. Bu barədə Dasxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 17-də saat 10.30 radələrində Astara rayonunun Səlivə kəndində baş verib. Kənd sakini Bəylər İbrahimova məxsus evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, B.İbrahimovun - qızı 1 yaşlı Aytac isə aldığı yanıq xəsarətindən ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31