Sumqayıtda kazino-qumarxana aşkarlandı
18 Fevral 2013 14:10 KriminalSumqayıt şəhəri ərazisindəki internet klubların birində kazino-qumarxana təşkil olunması müəyyən edilib.
Daxili İşər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Zeynəlabdin Tağıyev qəsəbəsi ərazisindəki internet klubların birində onlayn sistemi ilə kazino-qumarxana təşkil edildiyi müəyyən edilib.
İnternet klub qəsəbə sakini Alı Rəsulova məxsusdur.
Oraya baxış zamanı 2 kompüter dəsti aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31