Bakıda qoca donjuan baltalandı
18 Fevral 2013 12:35 KriminalBakının Binəqədi rayonunda gənc oğlan atası yaşda kişini ölümcül hala salıb. Bakıda yaşlı kişinin çapacaqla vurulmasına aydınlıq gətirildi. Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt sakini olan Şünasib Əliyev atası yaşda kişini namus üstündə vurub.
Sən demə, baltalanan Bahadur tez-tez Şünasibin yaşadığı Sumqayıta gedərək onun həyat yoldaşı ilə görüşürmüş. Ona görə də Ş.Əliyev çapacaqla silahlanaraq Bahadurun yaşadığı Naxçıvani küçəsinə gəlib. Onun qarşısını kəsərək çapacaqla başına zərbələr vurub. Huşunu itirən yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
---------
Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən 30 yaşlı Şünasib Əliyev Naxçıvani küçəsində çapacaqla 58 yaşlı Bahadur Hüseynovu yaralayıb. Hadisə zərərçəkmişin evinin qarşısında baş verib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.