Bakıda ali məktəbə hazırlaşan məktəbli yoxa çıxıb
18 Fevral 2013 11:44 KriminalBakının Binəqədi rayonu ərazisində övladını müəllim yanına hazırlığa yola salan valideyn 3 gündür onun yolunu gözləyir. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, İ.Hüseynov adına orta məktəbin 11-ci sinif şagirdi Anar Həsənov yoxa çıxıb. Məktəblinin atası Qurban Həsənov polisə müraciət edərək 17 yaşlı övladının hazırlığa getdiyini və bir daha geri qayıtmadığını bildirib.
İşi araşdıran Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin təhqiqatçısı Knyaz Vəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, A.Həsənov Qurban araşdırma müddətində tapılmasa, axtarışa veriləcək. Onun sözlərinə görə, hələlik Anar Hsənovun harada olması barədə məlumat yolxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31