Rusiyada 20 yaşlı qızı zorlamaq istəyən azərbaycanlı həbs olundu

Hadisə Həştərxan şəhərində qeydə alınıb

Rusiyanın Həştərxan şəhərinə 35 yaşlı Azərbaycan vətəndaşı 20 yaşlı qızı zorlamağa cəhd etməkdə şübhəli bilinərək həbs olunub.
ANS PRESS-in Rusiya mətbuatına istiandən verdiyi məlumata görə, iddi olunur ki, Ə.Hüseynov 2013-cü il 6 fevral tarixində sərxoş vəziyyətdə 20 yaşlı qızı zorlamağa cəhd göstərib. Lakin hadisə yerinə çağırılan polis əməkdaşları bunun qarşısını alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Müstəntiqin müraciətilə şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31