Bakıda qaynana kürəkəninin meyitini tapdı - TƏFƏRRÜAT

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş intihar hadisəsinin bəzi məqamları aydın olub. Lent.az-ın məlumatına görə, rayonun Qaçaq Nəbi küçəsi, ev 9, mənzil 84 ünvanında qeydiyyatda olmuş Balayev Eldar Məmməd oğlu özünü qayınanasının evində asıb. Məlumata görə, 3 uşaq atası olan E.Balayev xeyli müddətdir, həddindən artıq içki qəbul edirmiş. Fevralın 15-nə keçən gecə də o, xeyli içki içib və sərxoş vəziyyətdə evə gəlib. Lakin o, ailə üzvlərinin yanına deyil, evin təmirsiz və yaşayış üçün istifadəyə yararsız olan ikinci mərtəbəsinə keçib. Burada məftillə özünü tavandan asıb. Gecə saat 04 radələrində isə E.Balayevin qayınanası səs eşidib və ikinci mərtəbəyə qalxıb. Burada qadın intihar etmiş kürəkəninin meyitini görüncə dəhşətə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31