Azərbaycanda ötən il ciddi qanun pozuntuları aşkar edilən 28 bələdiyyənin işi prokurorluq orqanların göndərilib
15 Fevral 2013 12:28 KriminalAzərbaycanda ötən il inzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.Trend-in məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov cümə günü Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən zaman bildirib.Zahirov deyib ki, 2012-ci il ərzində 8970,4 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub.
Onun sözlərinə görə, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 2011-ci illə müqaisədə 64% çox - 52370 bələdiyyə aktı daxil olub. Bunlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilib, onlıarın qanunauyğunlaşdırılması üçün bələdiyyələrə təkliflər göndərilib.