Bakıda bulvarda 46 yaşlı kişi intihar etdi

. Bakıda bulvarda meyid tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1967-сi il təvəllüdlü Etibar Məsim oğlu Xəlilov dənizin nəzarət olunmayan hissəsində batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Axtarış-xilasetmə tədbirləri nəticəsində E.Xəlilovun cəsədi tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:43-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31