İstirahət mərkəzində əxlaqsızlıq yuvası aşkarlandı
Şamaxı rayonundakı "Göy Qurşağı" istirahət mərkəzində qadınların intim xidməti təklif etməsi məlum olub
31 May 2012 14:58 KriminalŞamaxı rayonundakı istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkarlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şamaxı rayonu ərazisindəki "Göy Qurşağı" istirahət mərkəzində qadınların intim xidməti təklif etməsi məlum olub. Araşdırmalar zamanı əxlaqsızlıq yuvasının orada işləyən Vaqif Orucovun təşkil etməsi müəyyən edilib. Qeyd edək ki, əməliyyatı İnsan Alverinə qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31