Şirkəti qarət edən dəstə ələ keçdi

Bakıda şirkətdən oğurluq edən dəstə zərərsizləşdirilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsi məlumat verib. Hadisə fevralın 2-də baş verib. Biləcəri qəsəbəsi M.Abdin küçəsindən "Vedi Şiraz MMC"yə məхsus 132 metr dəmir boru oğurlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı  şəhər sakinləri - Arif Qasımov və Fərman Məmmədov fevralın 13-də yaхalanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31