Bakıda obyektləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Bakıda mağaza və obyektləri qarət edən mütəşəkkil dəstə sonuncu qarət zamanı ələ keçib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə fevralın 13-nə keçən gecə baş verib. Paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, Kamil Mirzəyevə məхsus "Vilvan" çay evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Tural Əliyev və Əli Məmmədov fevralın 14-də yaхalanıblar. Araşdırma zamanı müəyyən edilib ki, onlar ötən il dekabrın 3-nə keçən gecə Şərifli küçəsində yerləşən, İslam Yusifova məхsus mağazadan açar seçmə yolu ilə siqaretlər, içkilər, danışıq kartları, bu il yanvarın 30-na keçən gecə R.Rüstəmov küçəsində yerləşən çay evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 2 ədəd televizor oğurlayıblar. Bundan başqa yanvarın 20-dən fevralın 12-dək olan müdətdə K.Balakişiyev küçəsində yerləşən, Elşən Əkbərova məхsus çay evindən qapını sındırma yolu ilə televizor, peyk antenası və fevralın 3-nə keçən gecə Şərifli küçəsində yerləşən, Orхan Qəhrəmanova məхsus mağazadan pəncərəni sındırma yolu ilə ərzaq mallarını oğurlamaqla qanunsuz əməllərini davam etdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31