Türkiyədə daha 4 general həbs olundu

Bir general isə məhkəmənin nəzarətində qalmaq şərti ilə azadlığa buraxılıb

Türkiyədə 28 fevral (28 şubat) istintaqı çərçivəsində ifadə verən 5 generaldan 4-ü həbs olundu. Yerli mətbuatın yaydığı məlumata görə, Ankara 3 saylı növbətçi məhkəmədə ifadələri alınan istefada olan ordu generalı Orxan Yöney, istefada olan admiral Hayri Bülent Alpkaya, istefada olan general-leytenant Köksal Karabay və istefada olan vitse-admiral Altac Atılan barəsində həbs qərarı verilib. İstefada olan general-mayor Ersin Yılmaz isə məhkəmənin nəzarətində qalmaq şərti ilə azadlığa buraxılıb.

Xatırladaq ki, 1997-ci il fevralın 28-də Türkiyədə baş vermiş "müasir" hərbi dövlət çevrilişi barədə keçən il istintaq (28 şubat soruşturması) başladılmış və əksəriyyəti general olmaqla bir çox yüksk rütbəli hərbçi həbs olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31