Gülər Əhmədovanı nə gözləyir?
14 Fevral 2013 10:22 KriminalBarəsində həbs qətimkan tədbiri seçilən keçmiş millət vəkili Gülər Əhmədovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2 və 307.2 maddələri ilə cinayət işi açılıb.
"Qafqazinfo"nun məlumatına görə, cinayət 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə ittiham olunan şəxs yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 307.2 maddəsi ilə - qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə isə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31