Gülər Əhmədovanın həbs olunma xəbəri yayıldı
13 Fevral 2013 19:30 KriminalFəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin videomaterialları əsasında haqqında cinayət işi başladılmış sabiq millət vəkili Gülər Əhmədova barəsində məlumat yayılıb.AzNews.az-ın əldə etdiyi məlumata görə Səbail rayon Məhkəməsi sabiq millət vəkili haqda 2 aylıq həbs-qəti imkan tədbiri seçib.Xatırladaq ki, son aylar polis nəzarətində olan G.Əhmədovanın Azərbaycandan kənara çıxmasına qadağa qoyulmuşdu.MSK ötən ilin sonlarında 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib.Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq gedir