Hafiz Hacıyev Daxili İşlər Nazirliyinə çağırılıb
13 Fevral 2013 17:06 KriminalMüasir Müsavat Partiyasının sədri Daxili İşlər Nazirliyinə çağırılıb. Bu barədə APA-ya açıqlamasında DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məlumat verib.
Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrində yazıçı Əkrəm Əylislinin sağlamlığına zərər yetirməsi barədə etdiyi çağırışla əlaqədar Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fevralın 12-də Daxili İşlər Nazirliyinə dəvət olunub: "Ona cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələri izah olunub və baş verə biləcək hər hansı qanuna zidd əmələ görə cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmi xəbərdarlıq edilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31