Bakıda intim xidmət haqqını verməyən keçmiş "zek"ə qadınlardan kriminal "dərs"

Bakıda qadınlar "kişisayağı" cinayət törədiblər. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, fevralın 11-də 3 qadın O.Əliyev küçəsində əvvəllər məhkum olunmuş Nurəddin Səmədova bıçaqla hədə-qorxu gələrək 320 manatını alıblar. Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Flora Hüseynova, Tamilla Məmmədova və Masallı rayon sakini Ofelya Musayeva fevralın 12-də tutulublar. Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsindən Milli.Az-a hadisənin əsl mahiyyəti açıqlanıb. Sən demə, qadınlar Nurəddin Səmədova qarşı cinayət əməli törətməyib, sadəcə, ona göstərdikləri intim xidmətin pulunu alıblar.
Onlar metronun "Neftçilər" stansiyasının yaxınlığındakı körpünün altında Nurəddinlə tanış olublar və intim əlaqəda olmaq üçün hər birinə 20 manat müqabilində razılaşıblar. Sonra Nurəddin qadınlarla yaxınlıqdakı ağaclıqda intim əlaqədə olublar. Lakin sonra 3 qadına birinin pulunu verməklə işini bitmiş hesab edib. Qadınlar isə ona müqavimət göstərərək gördükləri işin pulunu ondan alıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31