Bulvarda uşaqlara beşbarmaq və bıçaqla hücum edən dəstə saxlanılıb VIDEO
Saxlanılan gənclər törətdikləri cinayətləri etiraf ediblər
13 Fevral 2013 12:21 KriminalBakıda Səbail polisi azyaşlı uşaqlara qarşı quldurluq edən gənclərdən ibarət dəstəni saxlayıb. 5 nəfərlik dəstəni polis saxlayan vaxt onlardan cinayətdə istifadə edilən beşbarmaq və bıçaq kimi alətlərdən istifadə olunub.
Fəqan Seyidov, Asif Əliyev, Ümid Hüseynzadə, Fərid Səfərli və Ümid Qubadovu Bakıda Səbail polisi İman Xətəliyev adlı şəxsin şikayəti əsasında saxlayıb.
Məlum olub ki, onlar azyaşlı uşağı bulvar yaxınlığında hədələyib telefonunu alıblar. Saxlanılan gənclər törətdikləri cinayətləri etiraf ediblər. Polis adıçıkilən gənclərin Xətai və Nəsimi rayonunda da bənzər cinayətlər törətdiyini bildirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31