Gigiyena və Epidemiologiya Mərkəzi yandı
13 Fevral 2013 11:52 KriminalZərdabda Gigiyena və Epidemiologiya Mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 280 kv.m olan birmərtəbəli Gigiyena və Epidemiologiya Mərkəzinin dərman preparatları saxlanılan 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31