Azərbaycanda orta məktəbə bomba qoyulması xəbəri yayıldı
FHN xilasediciləri heç bir partlayıcı qurğu aşkarlamayıb
13 Fevral 2013 11:38 KriminalQazax rayonunda məktəbə bomba qoyulması barədə polisə məlumat daxil olub. ANS PRESS-in verdiyi məlumata görə, dünən saat 16:30 radələrində naməlum şəxs şöbəyə zəng vuraraq rayonun 1 saylı orta məktəbinə bomba qoyulması barədə məlumat verib.
Dərhal hüquq-mühafizə orqanı əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstəsi məktəbdə axtarışlara başlayıblar. Binada heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Qazax Rayon Polis Bölməsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri zamanı zəng edən şəxsin rayon sakini, 1995-ci il təvəllüdlü Bayramov Həsrət Zirəddin oğlu olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31