Qəzaya uğrayan helikopterlə bağlı axtarış tədbirləri başa çatıb VIDEO

Təyyarənin kabinəsinin bir hissəsi sudan çıxarılsa da, digər hissələrinin çıxarılması əməliyyatı davam edir

akıda dənizə düşən hərbi helikopterin əsas hissəsi xilasedicilər tərəfindən qaldırılıb. Müdafiə Nazirliynin məlumatına görə, təyyarənin "qara qutusu" da tapılıb. "Qara qutu"nun oxunmasından sonra qəzanın səbəbləri açıqlanacaq. Helikopterin qara qutusu da daxil olmaqla bütün hissələrinin çıxarılmasından sonra axtarış-əməliyyat tədbirləri başa çatıb.

**

Şıxov çimərliyi istiqamətində hərbi hava qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan üçüncü zabitin kapitan Yaşar Əhmədovun meyiti tapılıb. Əməliyyatın gedişi barədə ən son məlumatları ərazidə olan ANS TV-nin əməkdaşı İlkin Həsənov verib. Saat 10 30 radələrində Xəzər dənizində qəzaya uğramış hərbi helikopterdə olan 3-cü zabit Yaşar Əhmədovun meyiti tapılıb ailə üzvlərinin iştirakı ilə morqa yola salınıb. Ancaq hələ də helikopterin qalan hissələrinin axtarışı davam etdirilir. Bu dəqiqələrdə helikopterin gövdə hissəsi və qara qutunun tapıldığı məlum olub. Hadisə yerində xeyli sayda canlı və texnika fəaliyyət göstərir. Təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, əraziyə yaxınlaşmağa və çəkiliş aparmağa icazə verilmir. Hələ ki, kabinənin bir hissəsi çıxarılıb və yaxın zamanlarda digər hissələr də çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31