Qəzaya uğrayan helikopterin "qara qutusu" tapıldı VIDEO
Təyyarənin kabinəsinin sudan bir hissəsi çıxarılsa da, digər hissələrinin çıxarılması əməliyyatı davam edir
12 Fevral 2013 14:03 KriminalŞıxov çimərliyi istiqamətində hərbi hava qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan üçüncü zabitin kapitan Yaşar Əhmədovun meyiti tapılıb. Əməliyyatın gedişi barədə ən son məlumatları ərazidə olan ANS TV-nin əməkdaşı İlkin Həsənov verib.
Saat 10 30 radələrində Xəzər dənizində qəzaya uğramış hərbi helikopterdə olan 3-cü zabit Yaşar Əhmədovun meyiti tapılıb ailə üzvlərinin iştirakı ilə morqa yola salınıb. Ancaq hələ də helikopterin qalan hissələrinin axtarışı davam etdirilir. Bu dəqiqələrdə helikopterin gövdə hissəsi və qara qutunun tapıldığı məlum olub. Hadisə yerində xeyli sayda canlı və texnika fəaliyyət göstərir. Təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, əraziyə yaxınlaşmağa və çəkiliş aparmağa icazə verilmir.
Hələ ki, kabinənin bir hissəsi çıxarılıb və yaxın zamanlarda digər hissələr də çıxarılacaq.