Saxta sənədlə maşın satmaq istəyənlər “ilişdilər"

Gəncə polisi iki nəfəri tutub

Gəncədə saxta sənəd düzəldərək başqa şəxslərə məxsus avtomaşınların satılması müəyyən edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə isitnaən verdiyi məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2012-ci ilin dekabr ayında şəhər sakini Əli Əliyevin həmyerliləri Elçin Məmmədova məxsus "Daimler" və Azər Axundova məxsus "Mercedes" markalı avtomaşınları sürmək üçün etibarnamə alması və saxta sənəd düzəldərək həmin avtomaşınları satması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31