11 min manatı oğurlayan şəxs ruhi xəstə çıxdı

Məhkəmə quldurluq maddəsini məcburi mualicəyə dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirli bilinən Xırdalan şəhər sakini Razim Hacıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.  Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər.  İttihama görə, Razim Hacıyev 2009-cu il dekabrın 7-də Teymur Abduləzizovu tapança ilə hədələyərək əl-qolunu bağlayıb, evdən 7.000 manat, 4.000 dollar pul və qızıl əşyaları aparıb.
Hadisə ilə bağlı  Sabunçu rayon Polis İdarəsi tərəfindən onun barəsində axtarış elan olunub. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində Razim Hacıyev hadisədən bir il sonra Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində tutulub.
Bu cinayət işinə baxan məhkəmə Razim Hacıyevin cinayəti anlaqsız vəziyyətdə törətməsi qənayətinə gəlib və buna görə də onun barəsində tibbi xarakterli məcburi tətbir tətbiq olunmaqla ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə edilməsi barədə qərar elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31