“Kəpənək Vaqif”in şikayəti təmin edilmədi
Kriminal avtoritet 14 il cəza çəkəcək
30 May 2012 18:36 KriminalBu gün Bakı Apelyasiya Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vaqif Cəfərovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Vaqif Cəfərovun apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Vaqif Cəfərov iş adamı Qəhrəman Cəlilovu ofisində qətlə yetirib. Hadisənin səbəbi isə Qəhrəman Cəlilovun Vaqif Cəfərova verdiyi obyektin aylıq icarə haqqını artırması olub.
Əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayan Vaqif Cəfərov kriminal aləmdə "Kəpənək Vaqif" ləqəbi ilə tanınır.