“Park Bulvar” qarət olundu
12 Fevral 2013 12:23 KriminalBakıda "Park Bulvar" qarət edilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə fevralın 4-də baş verib. Bakı şəhər sakini Rüfət Fərəcova məхsus elektron siqaretlərin satışı məntəqəsindən dolabın qapısını sındırma yolu ilə 4300 manat və 300 manat dəyərində elektron siqaret oğurlanıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Xəlilov fevralın 11-də yaхalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31