Həmyerlisini öldürməyə cəhd edən 6 il “yatacaq”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Peyman Xanlar oğlu Vəlizadənin cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər.Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Peyman Vəlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, 18 yaşlı Peyman Vəlizadə 2011-ci il noyabrın 13-də Lənkəranın Gərmətük qəsəbəsində həmyerlisi 33 yaşlı Sadiq Bədəlovu bıçaqlayaraq öldürməyə cəhd edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31