Bakıda qəzaya uğramış hərbi helikopterin 3-cü ekipaj üzvünün meyiti və qara qutu tapıldı

Bakıda qəzaya uğramış hərbi helikopterin 3-cü zabitinin meyiti tapıldı, helikopterin qalıqları sudan çıxarıldı. trend-in hadisə yerində olan əməkdaşına verilən məlumatına görə, xilasedicilər helikopterin əsas hissəsini qaldırmağa nail olublar. Hərbi mənbənin Trend-ə verdiyi məlumata görə, qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb. Bununla bağlı yaradılan xüsusi komissiya səbəblərini araşdırır.

***

Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterin 3-cü zabiti Yaşar Əhmədovun meyiti tapılıb. Bu barədə Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
Trend-in hadisə yerində olan əməkdaşına verilən məlumatına görə, xilasedicilər helikopterin əsas hissəsini qaldırmağa nail olublar.
Əməliyyata xilasedicilər və FHN-nin katerləri, həmçinin Müdafiə Nazirliyinin texnikası, təcili tibbi yardım briqadaları cəlb edilmişdir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Hərbi mənbədən Trend-ə bildiriblər ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopter olub.

FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31