Narkotacir 13,6 il cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Niyaməddin Bağışovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Niyaməddin Bağışov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Niyaməddin Bağışov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31