Bakıda 2 sərnişin avtobusu toqquşdu, yaralılar var
Qəza Bakıxanov qəsəbəsində baş verib
12 Fevral 2013 11:40 KriminalBu gün saat 10:30 radələrində Bakının Sabunçu rayonun, Bakıxanov qəsəbəsində 2 sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, qəzada 55 saylı avtobus qarşıdan gələn 185 saylı avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hazırda hadisə yerində polis əməkdaşları və təcili yardım həkimləri çalışır. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza atobus sürücülərinin ötmə əməliyyatı aparması nəticəsində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31