Bakıda “KAMAZ” sürücüsü ilə birlikdə yandı
11 Fevral 2013 17:06 KriminalBakıda "KAMAZ" sürücüsü ilə birlikdə yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 9-da saat 00.30 radələrində Binəqədi rayonu ərazisində baş verib. Gəncə şəhər sakini Yalçın Ələkbərova məxsus "KamAZ" markalı avtomaşının kabina hissəsi qısa qapanmadan yanıb. Nəticədə, hər iki əlindən yanıq xəsarəti almış Y.Ələkbərova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31