Məhkuma telefon keçirmək istəyən qadın saxlandı
11 Fevral 2013 13:58 KriminalPenitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4; 66-cı maddələri ilə təqsirli bilinərək 5 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vasif Tahir oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Almas Arif qızı Rzayevanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı boz rəngli çantanın dibində gizlədilmiş 1 ədəd "BMW" markalı mobil telefon aparatı, 1 ədəd "Porshe" markalı mobil telefon aparatı və hər iki mobil telefonlar üçün elektrik qidalandırıcıları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.