Bakıda fəhlə 14-cü mərtəbədən yıxıldı

1992-ci il təvəllüdlü Fərəcov Şöhlət hadisə yerindəcə keçinib

Fevralın 10-da Bakı şəhərinin Xətai rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xudu Məmmədov küçəsi 29/42D ünvanında "Stil" tikinti şirkəti tərəfindən tikilən binada fəhlə hündürlükdən yıxılıb.
Tikinti şirkətində çalışan Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü Fərəcov Şöhlət Rafil oğlu binanın 14-cü mərtəbəsindən lift şaxtasına yıxılıb və hadisə yerindəcə keçinib.
Bakıya işləməyə gəlmiş gənc Abşeron rayonunun Masazır qəsəbəsində kirayə yaşayırmış. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31