İtkin düşmüş şəxsin meyidi tapılıb VIDEO

Hadisə yerinə Hüquq Mühafizə Orqanları və Tibbi Ekspertizanın əməkdaşları gəlib

Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində yerləşən, qəbirstanlığının yaxınlığında böyürtkən kolluğu içərisində naməlum kişi meyidi tapılıb. Hadisə yerinə Hüquq Mühafizə Orqanları və Tibbi Ekspertizanın əməkdaşları gəlib.  Naməlum kişi meyidinin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, bu ötən ilin dekabrın 28 itkin düşmüş Neftçala şəhər sakini 40 yaşlı Mais Mənəfovdur. Qonşuların sözlərinə görə bir qız atası olan Mais Mənəfov Ələt qəsəbəsindəki depoda işləyirmiş.Qonşular arasında böyük hörməti olub. Tibbi ekspertiza zamanı meyidin üzərində hər hansı bir zorakılıq əlaməti müəyyən edilməyib. Bununla belə Mais Mənəfovun öldürülməsidə istisna edilmir. 
Mərhumun meyidi axşam saatlarında torpağa tapşırılıb.Faktla bağlı Neftçala Rayon Prakrorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31