“525”ci qəzetin binasındakı yanğınla bağlı - AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi "525"ci qəzetin yerləşdiyi binadakı yanğınla bağlı məlumat yayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli inzibati binaının ümumi sahəsi 80 kv.m olan anbar kimi istifadə olunan zirzəmisində məktəb, ofis ləvazimatları və məişət avadanlıqları 30 kv.m sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31