Azərbaycanda tikinti şirkətinin şöbə rəisi qətlə yetirildi
Onun meyidi tikintisi aparılan xəstəxananın yardımçı otağında tapılıb
8 Fevral 2013 14:53 KriminalDünən Yevlax rayonunda qətl hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yevlax rayonu ərazisində, "Fərid" inşaat tikinti şirkəti tərəfindən tikintisi aparılan xəstəxananın yardımçı otağında, şirkətin kadrlar şöbəsinin rəisi Bakı şəhər sakini Müzəffər Rüstəmzadənin küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yevlax RPŞ tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31