Avtobus sürücüləri 1 ildə 114 yol qəzası törədib, 17 nəfər ölüb
8 Fevral 2013 14:44 KriminalAzərbaycanda bir ildə avtobus sürücüləri tərəfindən 114 qəza törədilib. "OLAYLAR"ın məlumatına görə, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib. Onun sözlərinə görə, ötən il baş verən avtobus qəzaları nəticəsində 57 nəfər ölüb, 183 nəfər yaralanıb. Əvvəlki illə müqayisədə avtobus qəzalarında 17 nəfər ölüm , 85 nəfər isə yaralı sayı artıb.
Kamran Əliyev bildirib ki, yol polisi avtobus sürücüləri ilə bağlı mütəmadi reydlər keçirir və tədbirlər görürlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31