Saatlıda faciə, 5 yaşlı uşaq kanalda boğulub öldü
8 Fevral 2013 14:43 KriminalSaatlı rayonunda 5 yaşlı uşaq su kanalında boğulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 6-da Saatlı rayonunda baş verib. Rayon sakini, 2008-ci il təvəllüdlü Peyman Hüseynov evinin yaxınlığındakı su kanalına düşürək boğulub. Valideynləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31