Bir ildə 393 piyada yol qəzasında öldü
8 Fevral 2013 14:42 KriminalÖtən il 393 piyada yol qəzalarının qurbanı olub. "OLAYLAR"ın məlumatına görə, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 1065 yol qəzası baş verib: "Nəticədə 393 nəfər piyada ölüb, 749 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən yol qəzası ümumi qəzaların 36 faizini təşkil edib. Qeyd olunub ki, piyadaların vurulması ilə nəticələnən yol qəzası əvvəlki illə müqayisədə 13-14% azalıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31