Xüsusi xidmət orqanlarının əməkdaşları "Ded Hasan"ın qətlini araşdıracaqlar
8 Fevral 2013 13:53 KriminalXüsusi xidmət orqanlarının əməkdaşları kriminal avtoritet Aslan Usoyanın ("Ded Hasan") qatilinin axtarışına qoşulublar. Trend-in məlumatına görə, bu barədə cümə günü Moskvanın hüquq-mühafizə orqanlarındakı mənbə "İnterfaks"a bildirib.
Mənbənin sözlərinə görə, hazırda Usoyanın qətlində şübhəli bilinənlərin siyahısı hazırlanır, bu cinayətin açılmasına Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları cəlb ediliblər.
O qeyd edib ki, "Ded Hasan"ın qətlinin müxtəlif versiyaları təhlil edilib, lakin cinayətin onun kriminal fəaliyyəti ilə əlaqədar olması prioritet versiyadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31