Neftçalada ticarət mərkəzi yanıb

Neftçala şəhərində vətəndaşa məxsus  tiscarət mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 337 kv.m olan ikimərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin dəhlizində mallar 15 kv.m sahədə yanıb. Yanan mallar içərisində 1 ədəd "Beko" markalı soyuducu və 6 ədəd xalça olub.  Ticarət mərkəzi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31