Bakıda 65 yaşlı kişi köməksiz vəziyyətdə qalıb öldü

Bakıda 65 yaşlı kişi köməksiz vəziyyətdə qalıb ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1947-ci il təvəllüdlü Ramiz Hudaqulu oğlu Yaqubovun köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq içəri daxil olub mənzilə baxış keçirərkən R.Yaqubov yataqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 20:53-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31