Professor Bakı metropolitenində vəfat etdi

Ötən gün Bakı Metropolitenində ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, metronun "28 may" metrostansiyasının çıxışında orta yaşlarında bir kişi qəflətən ölüb.
İlkin məlumatda bildirilmişdi ki, vəfat edən şəxs həm stansiyada satıcı işləyib. Lakin Zakir Məmmədovun nəvəsi Firuz Buksayev bildirib ki, babası beynəlxalq dərəcəli hakim, güləş üzrə idman ustası, İdman Akademiyasının "Güləş" kafedrasının professoru olub.
"Babam Zakir Mirzəmməd oğlu Məmmədov 1936-cı ildə doğulub. İdman Akademiyasının müəllimi idi. Babamın heç bir xəstəliyi olmayıb. "28 may" metrostansiyasının çıxışında qəflətən halı pisləşib və ürəktutmasından vəfat edib", - deyə F.Buksayev bildirib.
Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31