Zəncirvari qəzada 11 nəfər öldü

Çində zəncirvari yol nəqliyyat qəzası baş verib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin cənub şərqində baş verən qəza Hunan əyalətində qeydə alınıb. Mağistral yolda 20-yə yaxın bir-birilə toqquşması nəticəsində 11 nəfər həlak olub, 60 nəfər xəsarət alıb. 

Qeyd edək ki, bu ölkədə təxminən 240 milyon insan "Çin yeni ili" adlanan bahar bayramını qeyd edir. Tətil müddətində çinlilərin əyalətlərə üz tutması yollarda avtomobil qəzalarının sayını artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31