Bakıda dalğıc gəmisi alovlandı
8 Fevral 2013 11:27 KriminalBakıda gəmi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonunda baş verib. İstismara yararsız, kəsilməkdə olan ümumi sahəsi 4125 kv.m olan "Siyəzən" dalğıc gəmisinin göyərtəsində yerləşən kayutların yanar konstruksiyaları 230 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi, gəminin göyərtəsində olan 40 ədəd oksigen və propan balonları yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31