Orta məktəb şagirdi özünü asdı
Gənc özünü pres ipi ilə asıb
8 Fevral 2013 10:36 KriminalÖtən gecə Şamaxı rayonunun Qara Vəli kəndində 17 yaşlı məktəbli özünü asıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Aqşin Gülmirzə oğlu Məmmədov özünü yaşadığı evin həyətindəki tövlədə samanı bağlayan pres ipi ilə asıb. Onun meyidini yaxınları asılmış halda tapıblar.Onun kənd məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31