Cibindən 126,797 qram narkotik vasitə çıxdı...
7 Fevral 2013 16:23 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn ölkə vətəndaşı Füzuli Səlimov üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, gömrük əməkdaşının tələbindən sonra o, əynindəki gödəkçənin içəri sol yan cibindən sellofan bükülüdə xalis çəkisi 100,028 qram olan narkotik vasitəni - tiryəki çıxarmalı olub. Bunndan sonra F.Səlimovun üzərində şəxsi yoxlama zamanı onun əynindəki gödəkçənin içəri sağ yan cibindən də sellofan bükülüdə xalis çəkisi 25,987 qram narkotik vasitə - tiryək, şalvarının sağ yan cibindən isə 2 ədəd sellofan bükülüdə, ümumi xalis çəkisi 0,782 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Beləliklə, sözügedən vətəndaşdan götürülən narkotik vasitələrin ümumi xalis çəkisi 126,797 qram təşkil edib.